İsrail ordusu HƏMAS-ın reaktiv yaylım atəşi sistemlərini məhv edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İsrail Müdafiə Qüvvələrinin bölmələri Qəzza zolağında quru əməliyyatları zamanı HƏMAS-ın mülki obyektlərdən terrorizm üçün istifadə etdiyini aşkarlayan sübutlar təqdim edib. Daha sonra məscidlərdən birinin yaxınlığında təşkilatın istifadə etdiyi reaktiv yaylım atəş sistemləri sıradan çıxarılıb.