İsrail Misirin HƏMAS-ın böyük bir plan hazırladığına dair xəbərdarlıqlarına məhəl qoymayıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” misirli kəşfiyyatçı zabitə istinadən məlumat yayıb.
Kəşfiyyat rəsmisi vurğulayıb ki, Misir İsrail və HƏMAS arasında vasitəçi kimi çıxış edərək, dəfələrlə israillilərlə əlaqə saxlayıb:
“Biz onlara xəbərdarlıq etdik ki, vəziyyət tezliklə pisləşəcək və bu, böyük partlayışa səbəb olacaq”, - o bildirib.