HƏMAS NƏ ÜÇÜN İSRAİLƏ HÜCUM ETDİ? - Yaxın Şərqdə baş verən qanlı savaşın pərdəarxası

HƏMAS-İsrail savaşının başlamasından on gün ötür. Bu savaş ölkələri də, insanların mövqeyini də iki yerə bölüb. Bir sıra dövlətlər və insanlar HƏMAS-ın hücumuna qarşı İsrailin özünümüdafiə haqqını dəstəkləyirlər, digərləri isə baş verənlərin səbəbini Təl-Əvivin Fələstinin dövlət olmaq hüququnu pozmasında, torpaqları işğal etməsində görürlər. İsrail isə zərgər dəqiqliyi ilə hesablanmış əməliyyatda qurban rolunda görünür. Gəlin hər şeyin necə başladığına nəzər salaq.

Hadisələrin ən həssas nüansı Qəzza şəhəri yaxınlığında təşkil edilmiş Supernova musiqi festivalındakı insanlara hücum oldu. Hədəf kimi sivil insanlar seçildi. HƏMAS-ın “əylənən insanlara qarşı vəhşiliyi” daha qabarıq görünsün deyə. Hərçənd, İsrail qurulandan bəri fələstinlilərin öldürülməsinə dünya o qədər öyrəşib ki, bu akt o qədər də vəhşicəsinə görünmür. Qeyd edək ki, HƏMAS maliyyə və kökən cəhətdən Qatar dövlətinə bağlıdır, təməlində sünni islam ideologiyası var. Amma bu ona həvalə olunan missiyanı yerinə yetirməyə mane olmur. Üstəlik, belə rəy yarandı ki, HƏMAS-a bu hücuma tapşırığı İrandan gəldi. Amma ABŞ israrla, dəfələrlə təkrar etdi ki, İran rejimi HƏMAS-ın İsrailə hücum edəcəyindən xəbərsiz olub, bundan təəccüblənib.

Eləcə də ABŞ “nədənsə” sanki hələ lazımi məqamın yetişmədiyinə eyham vuraraq, İranın Fələstin-İsrail münaqişəsinə girməsinin qarşısını almağa çalışır. Sanki ABŞ İranı daha zəruri məqamda öz rolunu oynamaq üçün ehtiyatda saxlamaq niyyətindədir. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan daha da irəli gedərək bildirib ki, Vaşinqton qeyri-rəsmi kanallar vasitəsilə Tehranla danışıqlar aparır. Onların məqsədi İranın Fələstin-İsrail münaqişəsinə girməsinə mane olmaqdır (niyə, düşünürlər ki, İsrailin İrana gücü çatmaz? O zaman iki təyyarədaşıyan gəminin İsrail sahilində nə işi var?). Sallivan qeyd edib ki, ABŞ İran və “Hizbullah”ın hərbi fəaliyyətini izləyir, çünki onların münaqişəyə girəcəyini düşünür.

İranın yarandığı vaxtdan bu günə qədər İsraili “səni yer üzündən silərəm” deyə təhdid etməsi, amma “əlini ağdan-qaraya vurmaması” o deməkdir ki, bu ritorika elə ABŞ-İsrail maraqlarına, İranın islam ümməti içində bonus yığmasına xidmət edirdi.

O ki qaldı HƏMAS-ın hücumundan İsrailin xəbərsiz olmasına, bu ehtimalı İsrailin "Yedioth Ahronot" qəzetinin verdiyi xəbər təkzib edir. Qəzet bildirib ki, Misirin kəşfiyyat naziri HƏMAS hərbi əməliyyatının başlamasından on gün əvvəl Netanyahuya zəng edərək, "qeyri-adi bir şey, dəhşətli əməliyyat" barədə xəbərdarlıq edib. Amma Misir tərəfi “Netanyahunun göstərdiyi laqeydlikdən təəccüblənib”. Netanyahunun ofisi məlumatı təkzib edərək, belə bir telefon danışığının olmadığını bildirib.

Onu da diqqətə almaq lazımdır ki, təxminən bir il əvvəl, 2022-ci ilin payızında qəzzalılar Şərqi Aralıq dənizindəki qaz yataqlarına hüquqlarını kəskin şəkildə bəyan etdilər. Hansı ki, bu qaz yataqlarının hesabına İsrail dünya enerji liqasına girəcəyinə ümid edirdi. Avropaya qaz tədarükçüsünə çevrilmək İsrailə geosiyasi güc olmağı və Fələstinlə gələcək qarşıdurmada əlini daha da gücləndirməyi vəd edirdi.

"Kommersant" qəzeti 12.10.2022-ci il tarixli sayında yazırdı ki, İsrail hökuməti Livanla dəniz sərhədinin demarkasiyası sazişinin prinsiplərini böyük səsçoxluğu ilə təsdiqləyib. İsraillə Livan arasındakı mübahisəli ərazidə qazma müqaviləsi Fransanın “Total”, İtaliyanın “Eni” və Rusiyanın “NOVATEK” konsorsiumuna verilib (sonuncular indi müqavilədən çıxıblar). “9-cu blok”un (Kana yatağı) cənub hissəsi mübahisəli ərazidədir və “Blok 9”da qazma işləri koronavirus pandemiyası, 2020-ci ildə qaz logistikasının keçdiyi Beyrut limanında baş vermiş partlayış səbəbindən təxirə salınmışdı. Livanın Baş naziri Najib Mikati “TotalEnergies”dən" dərhal Livanın ərazi sularında geoloji kəşfiyyata başlamağı" xahiş etmışdi. O zaman İsrailin baş naziri olan Yair Lapid isə, "Sazişin layihəsi İsrailin təqdim etdiyi təhlükəsizlik və iqtisadi prinsiplərə tam uyğundur" demişdi. Yəni Lapid qaz işini fransızyönlü Livanla bir yerdə aparacaqdı.

Netanyahunun hakimiyyətə qayıdışından sonra, 2023-cü ilin iyununda ABŞ-ın vasitəçiliyi ilə Misir və Fələstin Milli Administrasiyası (PNA) arasında aparılan danışıqlar nəticəsində koordinasiyalı şəkildə Qəzza zolağının sahillərində Qəzza dəniz qaz yatağının (Qaza Marine) işlənməsinə başlamaq qərara alınmışdı. Fələstin Milli Administrasiyası (PNA) HƏMAS deyil və faktiki “Qəzzanın sahibləri” də bu razılaşmanı təsdiqləmişdilər. Nəzəri olaraq, HƏMAS Qəzza qaz yatağındakı gəlirlərdə maraqlıdırsa, yəhudi qonşusu ilə qarşıdurma yaratmaq onlar üçün sərfəli deyil. Bəlkə də bölüşmək istəməyiblər. Qaz yatağının işlənməsi ilə Misirin EGAS şirkəti məşğul olacaqdı. Və HƏMAS-ın hücumundan sonra İsrailin Enerji Nazirliyi ABŞ-ın “Chevron” şirkətinə Qəzza yaxınlığındakı “Tamar” dəniz qaz yatağında işləri dayandırmağı tapşırdı. İsrail əhalisi “Leviathan” yatağından istismar olunan qazı istifadə edir. “Tamar” qaz yatağından Misirə gedən qaz isə LNG şəklində bu qış Avropaya gedəcəkdi. HƏMAS-ın hücumu fonunda Avropada qazın qiyməti min kubmetr üçün 540 dollara qalxdı.

Deməli, Avropaya qazın getməməsində və “qışda donmasında” ABŞ-Britaniya tandemi maraqlıdırsa, HƏMAS-ın dirijoru da Qatardırsa, Qatar da Britaniya maraqlarının bölgədə birbaşa təmsilçisidirsə, aydın olur ki, Avropaya İsrail qazının getməsini anqlosakslar istəmir. Xatırladaq ki, fransız “Total” Kana yatağından çıxan qaza görə İsrailə lisenziyalı ödənişin bir qismini vəd etmişdi. Amma anqlosaks tandemi Avropanın alternativ qazla təminatına qarşıdır.

Daha bir nüans - iki böyük neft-qaz şirkəti BP və BƏƏ-nin “ADNOC” İsrailin qaz hasilatı şirkəti “NewMed Energy”nin alınması prosesini HƏMAS ilə münaqişə fonunda ləngitdi. “NewMed Energy”nin 2 milyard dollara alınması ilə bağlı razılaşma İsraildə siyasi vəziyyətdə sabitlik bərpa olunana qədər təxirə salınıb. “Abu Dhabi National Oil Co”- ADNOC-un İsrailin qaz hasilatı aktivini əldə etmək istəyi həm də İsrail və BƏƏ arasında maliyyə əlaqələrinin artdığını göstərir. Əgər bu alınarsa, saziş İsrail iqtisadiyyatına milyardlarla dollar investisiya gətirəcək. “NewMed Energy” nəhəng Leviathan qaz yatağında 45 faiz, Kipr sahillərində yerləşən Afrodita qaz yatağında isə 30 faiz paya malikdir. Sual oluna bilər ki, bəs Azərbaycandan gedən qazın Avropaya tədarükünə niyə etiraz edilmir? Çünki anqlosaks tandemi rus qazının Avropaya avropalıların özünün sərbəst şəkildə alınaraq getməsinin əleyhinədir, amma Azərbaycandan keçərək getməsinin əleyhinə deyil. Yəni anqlosaks tandeminin rus qazına sanksiyasının məqsədi “Avropanı sıxmaqdır”. Anqlosaks tandemi Rusiyanın tam çöküşünü istəmir, çünki əgər Çinlə dünyanı bölüşməkdə razılığa gəlməsə Pekinə qarşı Moskvanı yedəyinə alacaq. Qaz çəkişməsi HƏMAS-İsrail hücumunun iqtisadi nüansıdır.  

Bəs İsrailin Qəzzanı boşaltmaqla digər məqsədi nə ola bilər? İsrailin Məscidi-Aqsanın yerində III-cü Süleyman məbədini yenidən inşa niyyəti var və olub. Bunun üçün İsrail fələstinliləri ya öldürməli, ya köçürtməlidir. Son xəbərlərə görə, Misir ABŞ, Türkiyə və Qətərlə Rəfah şəhəri yaxınlığındakı keçid vasitəsilə Qəzza zolağına humanitar yardımın çatdırılması planlarını müzakirə edib. Eləcə də İsrail hərbçiləri fələstinlilərə Qəzza zolağından çıxıb Misirə qaçmağı tövsiyə etdi ki, bu barədə oktyabrın 10-da “Times of Israel” xəbər verdi.

“Rəfah sərhəd-keçid məntəqəsi (Qəzza zolağı ilə Misir sərhəddindəki nəzarət-buraxılış məntəqəs) hələ də açıqdır. Sağ çıxan hər kəsə oranı tərk etməyi məsləhət görərdim”, - deyə Tsaxal sözçüsü Riçard Hexht brifinqdə dedi. Əslində, bu niyyət yeni deyil. Misirin "Al Sumaria" telekanalı keçmiş prezident Mübarəkin səs yazısına istinadən "Benyamin Netanyahunun çoxdan Qəzza zolağının ilhaqı və fələstinliləri Misirdəki Sinay yarımadasına köçürmək planları var", - deyə bəyan etmişdi.

Telekanal Mübarəkdən sitat gətirir: “Bir dəfə Netanyahu dedi ki, Qəzza zolağı və Misir sərhədlərinə yaxın əraziləri İsrailin içində göstərən xəritə var... Və Qəzza zolağının əhalisinin Sinay yarımadasına köçüb-köçməyəcəyi ilə bağlı məsləhətləşmələrə başladı”. Misirin eks-prezidentinin Netanyahunun təklifindən imtina etdiyi bildirilir. Mübarək Netanyahuya, "Bunu unut, nə mən, nə də məndən sonra gələnlər ərazimizi verə bilməyərik”, - deyə cavab verib.

Maraqlıdır ki, İsrail ordusu Qəzzanı havadan vurmasına baxmayaraq hələ də şəhərin içinə girmir, çünki içəridə onu nə gözlədiyini bilmir. ABŞ Misirə Qəzzadan gələnləri qəbul etməsi və Rəfah keçid məntəqəsinin qapılarını açmaq üçün təzyiq edir, amma hələ ki, Misir bundan imtina edir. ABŞ dövlət katibi Blinkenlə söhbətində Misir prezidenti Əs-Sisi İsrailin Qəzzadakı hərəkətlərini “qeyri-mütənasib” adlandırıb, yəni İsrailin etnik təmizləmə, fələstinliləri Qəzzadan qovmaq niyyətinə sətiraltə eyham vurub. Hazırda Misir fələstinlilərin axın etməsi ehtimalının qarşısını almaq üçün Qəzza ilə sərhədə hərbçi toplayır. Qahirə bəyan edir ki, fələstinlilərin Sinay yarımadasına axını ölkəni müflis vəziyyətə sala və sabitliyi poza bilər. Afikra ölkələri ittifaqı və Ərəb Liqası İsrailin Qəzzaya yerüstü hərəkatının genosid demək olduğunu bildirirlər. Küveytin DİN rəhbəri şeyx Təlal Əl-Xalid açıqlamasında, “Biz sionistlərlə müharibə vəziyyətindəyik” deyə bəyanat verdi. Qərb ölkələri İsraildəki vətəndaşlarını Misirlə sərhəddən evakuasiyaya hazır olmağa çağırıb. Söhbət Rəfah məntəqəsindən gedir.

Türkiyə XİN rəhbəri Hakan Fidan 14 oktyabrda Qahirədə öz misirli həmkarı Sameh Şükri ilə birgə mətbuat konfransında fələstinlilərin zorla Qəzzadan köçürülməsinə qarşı çıxış edib və İsraili beynəlxalq hüquqa riayət etməyə çağırıb. Təbii ki, Misir də fələstinlilər üçün toplanmış humanitar yardımı Rəfah məntəqəsindən buraxmır, çünki insan axınından qorxur.  

Maraqlı nüans – Qatarın “Əl-Cəzirə” kanalında "Evimiz - İsrail"in spikeri, keçmiş səfir Daniel Ayalon qəribə çıxış edib: "Biz ki, fələstinlilərin hamısının boğulmalarını tələb etmirik. Misirin Sinay səhrasında Qəzzadan olan qaçqınlar üçün nə qədər desən yer var. Biz və beynəlxalq təşkilatlar bunu hazırlayacağıq... Bilirsiniz də, yemək və su olan çadır şəhərciklərini nəzərdə tuturam...”

Aparıcı buna cavab olaraq onun özünü kəsir: "Yəni onların hamısını Misirə qovmaq?"

Daniel Ayalon: “Əlbəttə. Misir də onları qəbul etməli olacaq, çünki söhbət insan həyatından gedir. Biz humanitar dəhliz açmaq istəyirik ki, fələstinlilər getsinlər".

Aparıcı: "Yəni bütün mülki insanlar dəhliz boyunca Misirlə nəzarət-buraxılış məntəqəsinə doğru getsinlər, elə deyilmi?"

D.A: "Əlbəttə. Başqa haraya?"

Aparıcı: "Haraya? Məsələn, İsrailə".

D.A: (Başını bulayır və gülümsəyir)

Aparıcı: "Gülümsəməyi qurtarın... Siz Misirə gedən dəhlizdən danışırsınız, dinc insanları daim bombalayırsınız. Onları xilas etmək istəyirsiniz, amma içəri buraxmırsınız".

D.A: “Mən gülmürəm, sadəcə belə olur və ürəyim ağrıyır”.

Bax belə.

ABŞ dövlət katibi Blinken İsrailin bu planı həyata keçirə bilməsi üçün ərəb dövlətlərini ziyarət edir. Fələstinlilərlə İsrail arasında münaqişənin gərginləşməsinin aradan qaldırılması çərçivəsində Yaxın Şərqə səfər edən ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanına səfər edib və burada vəliəhd şahzadə Məhəmməd bin Salman ilə danışıqlar aparıb. Baxmayaraq ki, şahzadə ilə Ər-Riyad yaxınlığındakı iqamətgahda söhbət bir saatdan az davam edib, Blinken bu görüşü “çox məhsuldar” adlandırıb. Gizli deyil ki, Səudiyyə Ərəbistanı ABŞ-dan uzaqlaşır, Çinə yaxınlaşır. HƏMAS-İsrail savaşı bir tərəfdən də ABŞ-ın ərəb dövlətlərini İsraillə uzlaşdırmaq səylərinə pis təsir göstərdi, çünki son vaxtlar Fələstin-İsrail savaşına çözüm gətirmək istəyən bir güc də Çin idi.

Yeri gəlmişkən, Çinin bu çaxnaşmada marağı nə ola bilər?

Bəllidir ki, ABŞ Çinin “Bir Kəmər Bir Yol” layihəsinə qarşı “Ədviyyat Yolu” planını irəli sürmüşdü. Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) hələ başlamamış dayandırıldı. G20 sammitində təklif edilən Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) xüsusilə logistika baxımından iqtisadi cəhətdən yararsız hesab edilib. ABŞ-ın Çinlə rəqabət aparmaq üçün işə salmağa çalışdığı layihənin həyata keçirilməsi geosiyasi risklərin artması səbəbindən çətinləşib. İsrailin fələstinlilərə qarşı elan etdiyi müharibə səbəbindən layihə hələlik təxirə salınıb. İsrail-HƏMAS münaqişəsi Hayfa limanından keçən dəhlizin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.

Hindistandan yüklərin Fars körfəzi vasitəsilə Aralıq dənizinə, daha sonra isə İsrail və Yunanıstan limanları vasitəsilə Avropaya quru yolla daşınmasını nəzərdə tutan layihənin dəyəri, marşrutu və infrastrukturunun hazırlanması ilə bağlı böyük şübhələr yaranıb. Bu, ticarət dəhlizi layihəsinin mümkünlüyünü inkar etdi. Bu anda layihə xəyala çevrildi.

ABŞ bu layihədən Səudiyyə Ərəbistanı ilə İsraili yaxınlaşdırmaq üçün istifadə edib. Lakin Qəzza zolağında münaqişənin gərginləşməsi planları dəyişib və Səudiyyə Ərəbistanı İsraillə münasibətlərin normallaşdırılması üzrə danışıqları dayandırıb. Fələstin problemi həll edilmədən kənardan tətbiq edilən layihələr həyata keçirilə bilməz ki, Çin də İran XİN rəhbəri ilə telefon danışığında Qəzza eskalasiyasının səbəbinin Fələstin xalqının müstəqil dövlətinin qurulması və sağ qalmaq hüququnun uzun müddət gözməməzliyə vurulması olduğunu bildirib. ABŞ-ın Çindəki səfiri Nikolas Börns Vaşinqtonun İsrailə güclü dəstəyini Çinin soyuqqanlı mövqeyi ilə müqayisə edib. O, əlavə edib ki, Çinin müdafiə etdiyi iki dövlətli həll – İsraillə birgə Fələstin dövlətinin yaradılması ideyası, İsrail dövlətini məhv etmək və israilliləri öldürmək istəyən HƏMAS tərəfindən dəstəklənmir. Bununla belə, Çinin fələstinlilərə güclü dəstəyinin ərəb dünyasında nüfuzunu yüksəldə və regionda mövqelərini gücləndirə biləcək.

“Ərəblərin Fələstinə dəstəyi artacaq. Bu, Çinin maraqlarına uyğundur, çünki bu halda Çin və ərəb ölkələri eyni tərəfdə olacaqlar”, - deyə Vaşinqtonun analitik mərkəzi olan “Stimson Mərkəzi”nin Çin proqramının direktoru bildirib. Amma ola bilsin ki, Çin Yaxın Şərq siyasətində ABŞ-la ortaq dil tapa bilsin, Çin Tehrana müəyyən təzyiq göstərmək iqtidarında olan azsaylı oyunçulardan biridir və o zaman Yaxın Şərqdə ciddi üstünlük əldə edəcək.

Qayıdaq İsrailin fələstinliləri Misirə qovmaq planlarına. Əgər bu baş tutarsa, İsrailin əlinə Əl-Aqsa məscidinin yerinə yəhudi məbədinin inşası baş verərsə, açıq-aşkar aydındır ki, islam ümməti bunu həzm etməyəcək. Uzun zamandır ki, “Armageddon savaşı” termini gündəmdə dolaşır. Ümumiyyətlə, dini mənbələrdə belə savaşın baş vermə ehtimalından hər zaman danışılıb. Fərz edək ki, İsrailin Əl-Aqsa məscidini dağıtma planı həyata keçdi və islam cinahı buna dözmədi. Bu versiyada yəhudilərin İsraildə qalması mümkünsüzə çevriləcək. Nəticə israillilərin Fələstin torpaqları üzərində qurulmuş dövləti itirməsi ola bilər ki, onların Rusiya işğalında olan və ukraynalılardan təmizlənmiş torpaqlara köçürülməsinin gündəmə gəlməsi ola bilər. Rusiya KİV-lərində uzun müddət yəhudilərin köçürüləcəyi Xazariya layihəsi dövriyyədədir. Amma maraqlı nüansdır ki, Rumıniya parlamentinin senator Diana Şoşoake plenar iclasın gedişində Moldovanın tərkibinə daxil olan Bessarabiya və Bukovina, Ukraynanın tərkibinə daxil olan Çernivitsk və Odessa vilayətlərinin içində təsvir olunduğu Böyük Rumıniya xəritəsi ilə tribunaya çıxıb. Senator Kiyev rejimindən “qəsb edilmiş ərazilər”I qaytarmağı tələb edib.

Bundan başqa, ABŞ və Qərbin Ukraynaya dəstəyinin azalmağa doğru gedəcəyi müşahidə olunur. Əslində, bu köçürülmə ssenarisinin real versiya kimi həyat şansı olarsa, itirilmiş Ukrayna torpaqlarındakı qurumun Xazariya yox, Yeni Yerusəlim adlandırılması daha doğru olardı. Bəlkə də yeni dünyamızı yeni sərhədlər müəyyən edəcək. Bu versiyanın həyat şansı qazanması müqabilində benefisiarlardan birinin ABŞ, digərinin isə İran olacağı ehtimal olunur. ABŞ israillilərin Cənubi Ukraynaya köçürülməsi ilə Avropa və Rusiya arasında daha bir forpostunun təşkilinə, həm Avropanı “cızığından çıxmamağa”, həm Rusiyanı cilovlamağa, həm də Çini nəzarətdə saxlamağa imkan qazanar. Yəni Cənubi Ukrayna bir növ Amerikanın Avropa Ştatlarına dönəcək. Həm də digər benefisiar ola bilər ki, Türkiyə buna mütləq mane olmalıdır. Çünki sünni islam ideologiyasına aid olmasına baxmayaraq, HƏMAS-ın hücumu Fələstinin olan-qalan torpaqlarının sünni müsəlmanlardan təmizlənməsinə xidmət edir. Son nəticənin benefisiarı kimidrsə, uduşlu vəziyyətdə olan da odur. Bu ehtimalı təsdiqləyən bir xəbər budur ki, Türkiyənin Yaxın Şərq məsələləri üzrə analitiki Mustafa Öcan verdiyi açıqlamada, “İran açıq şəkildə Fələstin məsələsindən çəkic kimi istifadə edərək Türkiyə ilə İslam dünyası arasında aralar açmağa çalışır” deyə ifadə işlətdi. O xatırladır ki, söhbət “İraq, Yəmən, Suriya və Livanda bir milyon yarımdan çox sünnini məhv edən” İrandan gedir. Türkiyəli analitik hesab edir ki, İran Türkiyəni “hətta İsraildən də təhlükəli düşmən kimi görür və hətta Qəzzada öldürülən minlərlə sünniyə bir növ “geosiyasi material” kimi baxır”.

Türkiyə islam ümmətinin lokomotivi roluna iddialıdır və Yaxın Şərq regionunda dominantlıq fikrindədir. Və bunda da haqlıdır. Bunu ən azından 600 illik Osmanlı ənənəsi ortaya qoyur. İranın da Güney Qafqazda Türkiyə ilə rəqabətini görürük və bu Qüds məsələsində də var. Böyük ehtimalla, əgər Ukrayna ərazilərində Yeni Yerusəlim layihəsi həyata keçərsə, hansı ki, bu versiyada Qüdsün qəyyumluğu İrana həvalə ediləcək, bu əslində Qüdsə sahiblik estafetinin şiəlik donuna bürünmüş xas İran yəhudiliyinə təhvil verilməsi anlamına gəlir. Bu sünni və yəhudilikdən doğulmuş şiəliyin heç bitməyən müharibəsi deməkdir.

İsraillilərin Ukraynanın boşalmış torpaqlarına köçürülməsinə gəlincə, bu, əslində Cənubi Ukraynanın israillilərin əlinə keçməsi deməkdir ki, bu tamaşa üçün də Supernova musiqi festivalında öldürülən israillilər “müqəddəs qurbanlar” sayıla bilər.

Türkiyə XİN rəhbəri Hakan Fidanın fələstinlilərin zorla Qəzzadan köçürülməsinə qarşı çıxışı təsadüf deyil. Çünki sünni fələstinlilərin yerinin elitası kripto-yəhudil olan İran şiələriylə doldurulması Qüdsün İranın təsir dairəsinə verilməsidir. Bəlkə bu məqsəd naminə qondarma “Hizbullah”-İsrail savaşı da “tamaşaya qoyular” ki, İran bonus qazansın. Amma görünən odur ki, İran rejimi gah Qəzzaya yerüstü əməliyyat başlayarsa İsrailə cavab verəcəyini deyərək, gah da İsrailin İran ərazisinə hücum edəcəyi və onun maraqlarına zərər verəcəyi təqdirdə “qollarını çirmələyib” savaşa girəcəyini anons edərək qardaşları ilə üz-üzə gəlməkdən yayınır.

ABŞ İranı niyə İsraillə üz-üzə gəlməkdən çəkindirir? İran yetkililəri də niyə “vaxtı gələndə” və “lazım gələrsə” İsraillə savaşa girməkdən danışır? Necə də olsa İranın ali elitası fars-şiə simasına bürünmüş yəhudilərdir. Və İsraillə İranın didişməsi heç vaxt söz savaşından o yana getmədi. Qardaş qardaşa güllə atmaz...

Ülviyyə ŞÜKÜROVA