HƏMAS İsrailə hücumu 4 ildir planlaşdırırmış - İran KİV

Fələstinin HƏMAS radikal hərəkatı Əl-Əqsa daşqın əməliyyatı və İsrailə hücumu dörd ildir planlaşdırırdı. 

Stopnarkotik.az xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, HƏMAS-ın İsrailə hücumu iki tərəf arasında qarşıdurmada “yeni dövrün başlanğıcı” oldu, çünki fələstinli yaraqlılar yüksək hazırlıq səviyyəsini, eləcə də kəşfiyyatlarının effektivliyini nümayiş etdirdilər. 

“Əl-Əqsa Tufanı” əməliyyatı, HAMAS-ın 2020-ci ildən etibarən təlimlər keçməsi və mümkün hücum ssenarilərini işləyib hazırlaması sayəsində mümkün olub. HAMAS döyüşçüləri qoşunların operativ səfərbər edilməsi, şəhər mühitində döyüş əməliyyatlarının aparılması, düşmənin yaşayış məntəqələrinin və hərbi obyektlərinin ələ keçirilməsi, sahilyanı ərazilərin işğalı və desant əməliyyatları üzrə məşqlər həyata keçiriblər", - məlumatda deyilir.

Agentlik həmçinin vurğulayıb ki, HAMAS təşkilatının builki təlimləri “Əl-Əqsa Tufanı” əməliyyatından cəmi bir ay əvvəl baş tutub. İsrail hakimiyyəti təlimləri ciddi qəbul etməyib və təşkilatın döyüş strategiyasını tədqiq etməyib.