HƏMAS-ın hücumları nəticəsində yaralanan İsrail vətəndaşlarının sayı 2600-ü keçdi

Fələstinin HƏMAS radikal qruplaşmasının hücumları nəticəsində yaralanan İsrail vətəndaşlarının sayı 2 616-ya yüksəldi.

Stopnarkotik.az xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralılardan ən azı 357-si ağır vəziyyətdədir.

Son bir neçə saat ərzində xəstəxanalara ən azı 578 nəfər gətirilib ki, onlardan 157-nin vəziyyəti kritik qiymətləndirilir.