HAMAS Hava Qüvvələrinin komandiri öldürülüb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə "The Times of İsrael" İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.
İsrail ordusu HƏMAS hərəkatının hava qüvvələrinin rəhbəri Asem Əbu Rakabanı məhv edib.
O, dron hücumlarına və hava hücumundan müdafiəyə cavabdeh olub.
Qeyd edək ki, İsrail və HƏMAS hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir.
İsrail 1,4 min, Qəzza zolağında isə 7 mindən çox fələstinlinin həlak olduğu bildirilir.