"HƏMAS Fələstin xalqının təmsilçisi deyil" - Mahmud Abbas

HƏMAS-ın hərəkətləri və siyasəti Fələstin xalqının maraqlarını əks etdirmir.

Bu barədə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas venesuelalı həmkarı ilə telefon danışığında bildirib.

O, Fələstin Azadlıq Təşkilatını öz xalqının yeganə qanuni təmsilçisi olduğunu diqqətə çatdırıb.

“Prezident hər iki tərəfdən dinc sakinlərin öldürülməsini qəbuledilməz hesab edib və hər iki tərəfdən mülki şəxslərin, əsirlərin və saxlanılanların azad edilməsinə çağırış edib”, - agentlik əlavə edib.

Qeyd edək ki, Mahmud Abbas Fələstin Dövlətinin birinci prezidenti, həmçinin HƏMAS-ın rəqibi olan FƏTH partiyasının lideridir. Qəzzadakı opponentlərindən fərqli olaraq nisbi dünyəviliyi ilə seçilən Mahmud Abbas və hökuməti İordan çayının qərb sahilinə, HƏMAS isə Qəzza zolağına nəzarət edir./“Reuters”