HƏMAS bu iki Aİ ölkəsini QİYMƏTLƏNDİRDİ

HƏMAS İsrailin Qəzza zolağında həyata keçirdiyi dağıntılar və mülki qırğınlarla bağlı fikirlərini bildirən Belçika və İspaniya hökumətlərini "təqdir etdiyini" açıqlayıb.

Stopnarkotik.az xəbər verir ki,  HƏMAS İspaniya baş naziri Pedro Sançes və Belçikanın baş naziri Aleksandr De Kroonun İsrail, Fələstin və Misirə səfərləri zamanı verdiyi açıqlamaları dəyərləndirib.

HƏMAS-ın verdiyi yazılı açıqlamada, “Qəzzanın dağıdılmasını və mülki insanların öldürülməsini rədd etdiyini təsdiqləyən Belçika Baş nazirinin və həyata keçirilən ayrı-seçkilik olmadan qətlləri pisləyən İspaniya Baş nazirinin açıq və cəsarətli mövqelərini təqdir edirik", - qeyd edib.