"Hizbullah"ın yeni lideri də öldürülüb - AVİAZƏRBƏLƏR NƏTİCƏSİNDƏ

"Hizbullah" ın yeni lideri Haşim Səfi əd-Din İsrail ordusunun aviazərbələri nəticəsində öldürülüb.

Bu barədə “Al-Arabiya” bir neçə mənbəyə istinadən məlumat yayıb.

***

15.09

İsrailin Beyrutun cənubuna zərbələri davam etdirməsi xilasedicilərin oktyabrın 4-də "Hizbullah" ın yeni baş katibi Haşim Səfi əd-Dinin də içərisində olduğu bunkerə hücum yerində axtarış işləri aparmasına mane olub.

Bu barədə “Reuters“ məlumat yayıb.

Məlumatda deyilir ki, İsrail oktyabrın 4-də Beyrutun cənubuna hücum zamanı Hizbullahın yeni liderinin də olduğu bunkeri hədəf alıb.

İsrail rəsmiləri hücum zamanı Hizbullahın yüksək rütbəli liderlərinin yeraltı bunkerdə toplantı keçirdiklərini güman etdiklərini bildirmişdilər.

O da bildirilir ki, oktyabrın 4-dəki hücumlardan sonra "Hizbullah" ın yeni lideri ilə əlaqə kəsilib./apa