Hindistanda İrana bağlı insan orqanı alveri şəbəkəsi aşkarlanıb

Hindistan polisi İranla əlaqəli insan orqanı alveri ilə məşğul olan şəbəkənin aşkarlandığını açıqlayıb. Stopnarkotik.az “Əl-Ərəbiyyə” saytına və Hindistanın "Dehindo" qəzetinin istinadla xəbər verir ki, bu şəbəkə daha öncələr orqan transplantasiyası üçün insanları Haydərabaddan İrana keçirib.

Hindistan mediası həbs edilən təqsirkarların insanları orqanlarının qanunsuz satmaq üçün İrana qaçaq yolla apardığını etiraf etdiklərini yazıb.

Adıçəkilən qrupun lideri Səbit Naser də etiraf edib ki, 2019-cu ildən bəri Hindistan və Banqladeşdən qaçaq yolla İrana çox sayda insanı bədən üzvlərini, xüsusilə də böyrəklərini satmaq üçün aparıb.

Polis həmin şəxslərin İran, Küveyt və Şri-Lankada böyük orqan alveri şəbəkəsinin bir hissəsi olduğunu açıqlayıb.

Stopnarkotik.az