Hindistanda qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Ntws 18” telekanalı məlumat yayıb.
Həlak olanlar arasında 10 ekipaj üzvü və bort bələdçiləri var.
Təyyarənin göyərtəsində 169 hindistanlı, 53 Böyük Britaniya vətəndaşı, 7 portuqaliyalı və bir kanadalı sərnişin olub.
İlkin məlumatlara görə, hava gəmisi quşla toqquşub və uçuş üçün optimal sürətə çata bilməyib.
***15:05
Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 170 nəfərə çatıb.
Bu barədə “News18” telekanalı məlumat yayıb.
***13:47
Hindistanda təyyarə qəzası nəticəsində 30 nəfər həlak olub.
Bu barədə “News18” telekanalı məlumat yayıb.
Bildirilib ki, Hindistanın Baş naziri Narendra Modi mülki aviasiya xidmətinin rəhbəri ilə hadisənin təfərrüatlarını müzakirə edib.
Təyyarənin havaya qalxdıqdan dərhal sonra Əhmədabad hava limanı yaxınlığında qəzaya uğradığı bildirilir.
Londona uçmalı olan təyyarənin göyərtəsində 10 ekipaj üzvü və bort bələdçiləri də daxil olmaqla 242 nəfər olub.
***13:08
Hindistanın Əhmədabad hava limanı yaxınlığındakı yaşayış məntəqəsində sərnişin təyyarəsi qəzaya uğrayıb.
Bu barədə NDTV telekanalı məlumat yayıb.
Məlumata görə, qəzaya uğrayan təyyarə “Air India” aviaşirkətinə məxsus “Airbus A320”dir.
Hadisə yerindən çəkilmiş videogörüntülərdə yerdən qatı tüstünün qalxdığı görünür.
Çoxlu sayda təcili yardım maşını hadisə yerinə gəlib. Polis həmin ərazidə nəqliyyatın hərəkətini tam məhdudlaşdırıb.
“News18” telekanalının məlumatına görə, təyyarədə təxminən 250 sərnişin olub. Hadisənin təyyarə Londona uçarkən baş verdiyi ehtimal olunur.

