Hindistanda Azərbaycana qarşı boykot kampaniyası başlayıb. Bloqqerlər, siyasətçilər və sosial şəbəkə istifadəçiləri insanları Azərbaycana səfərlərdən çəkinməyə və bu ölkədə istehsal olunan malları almamağa çağırır.
Səbəb Hindistan və Pakistan arasında münaqişənin kəskinləşməsi fonunda Azərbaycanın Pakistana dəstək ifadə etməsi olub. Hindistan buna cavab olaraq Azərbaycan mallarının idxalına qadağa qoyub.
#BoycottAzerbaijan həştəqi altında keçirilən kampaniya Hindistan sosial mediasında tez zamanda populyarlıq qazanıb.
Hindistan Azərbaycandan mal idxalına qadağa qoyub və bunun, xüsusilə enerji sektorunda ticarət həcmlərinin azalmasına səbəb olacağı gözlənilir. 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 1,88 milyard dollar təşkil edib, lakin bunun da boykotdan sonra bu, xeyli azalacağı deyilir. Hindistan Azərbaycan neftini əvəz edəcək alternativ mənbələr axtarır.
Stopnarkotik.az
