Hindistan narkotik prekursoru istehsalında Çini keçir - HESABAT

ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin yayımladığı son hesabatda maraqlı nüanslara diqqət çəkilir.

Stopnarkotik.az xəbər verir ki, hesabatda narkotik prekursoru üçün kimyəvi maddələr istehsal edən Çin şirkətləri ilə Meksika narkokartelləri arasında əməkdaşlığa diqqət çəkillir, həmçinin çirkli pulların yuyulmasının kriptovalyuta və Çin prekursor istehsalçılarının köməyi ilə baş verdiyini deyirlər. Bundan əlavə, Hindistanın prekursorların tədarükçüsü kimi getdikcə daha çox əhəmiyyət kəsb etməyə başladığına və Çindən önə çıxmasına diqqət çəkdilər.
Bununla belə, narkotik hələ də Meksikada istehsal olunur, oradan ABŞ və Kanadaya, Asiya və Afrikaya, Okeaniya və Avropaya çatdırılır. Yeri gəlmişkən, Avstraliya, Yeni Zelandiya və Asiya ölkələrində həmin metamfetamin satışından əldə edilən qazanc əsasən logistika ilə bağlı çətinliklər ucbatından ABŞ-dakı satışdan xeyli yüksəkdir.

Stopnarkotik.az