Hindistan-İran-Ermənistan ticarət marşrutu ilə yük daşınması başlanıb

Artıq Hindistan-İran-Ermənistan ticarət marşrutu ilə pilot yüklərin daşınmasına başlanılıb. 

Stopnarkotik.az bildirir ki, bunu iqtisadiyyat nazirinin müavini Narek Teryan Ermənistan-Hindistan biznes forumu çərçivəsində deyib.

“Lakin bu nəqliyyat marşrutunun tam istifadəyə verilməsi üçün hələ çox iş görülməlidir”, o qeyd edib.

“Biz bu layihəni həmkarlarımızla üçtərəfli formatda kifayət qədər yaxından müzakirə edirik, lakin hələlik detalları açıqlamaq istəmirəm”, deyə Teryan bildirib.

Stopnarkotik.az