Həftəsonu nə qədər narkotik aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 25-də və 26-da ümumi çəkisi 25,6 kiloqramdan artıq narkotik vasitə, həmçinin 148 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.