Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 30-da və dekabrın 1-də ümumi çəkisi 1,6 kiloqramdan artıq narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 47 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.