Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 22-də və 23-də ümumi çəkisi 3,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.