"Mən bu müharibənin sonunda nə olacağını bilirəm. Sonra deməyin ki,,,"
“Biz görürük ki, Bağanisdən Berkaberə qədər olan hissədə Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün real imkan var”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tavuş vilayətindəki kəndlərin sakinləri ilə görüşündə deyib.
Paşinyan Azərbaycanın qaldırdığı məsələlərdən və Ermənistan hökumətininj buna münasibətindən danışıb.
Baş nazir Əskiparadakı çıxışında Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesinin praktiki mərhələyə qədəm qoyduğunu deyib: “Mən sizinlə hansı praktiki sualı müzakirə etməyə gəlmişəm? Söhbət ondan gedir ki, Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi praktiki mərhələyə qədəm qoyur. Delimitasiya və demarkasiya ümumilikdə və xüsusilə Ermənistan Respublikasına münasibətdə nə deməkdir? Bu, Ermənistan Respublikasının başladığı yerdə gedib işarələmək deməkdir. Hamımız bilirik, siz məndən daha yaxşı bilirsiniz sərhədlər haradan başlayıb, harada bitir”.
Baş nazir iştirak edənlərə Ermənistanın konturlarını göstərib və qeyd edib ki, bu, Ermənistan Respublikasıdır: “Delimitasiya və demarkasiya prosesi belədir: delimitasiya komissiyaları gedib Ermənistan Respublikasının haradan başladığını müəyyən etməlidir və bu, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinə çevrilməlidir. Niyə bu barədə danışırıq və niyə Əskiparada bu məsələni müzakirə etməyə gəldik? Çünki elə məsələlər var ki, onların üzərində müzakirə aparmalıyıq. Məsələ ondadır ki, görürük ki, biz əsl delimitasiya və demarkasiya prosesinə bu hissədən başlaya bilərik: Baqanisdən Berkaberə qədər”.
O deyib ki, demarkasiya sərhədin koordinatlarını xəritədə müəyyən etmək, delimitasiya isə yerlərdə bu prosesi aparmaqdan ibarətdir. O, Ermənistan sərhədlərinin harada başlayıb harada bitməsini müəyyən etməli olduqlarını deyib: “Bizim üçün Ermənistanın ərazi bütövlüyünün möhkəmləndirilməsi vacibdir. Bizim bu gün regionun bir sıra ölkələri ilə problemimiz ondan ibarətdir ki, biz onlardan razılaşmaya əsasən Ermənistanın ərazi bütövlüyünü tanımasını istəyirik. Amma başqalarının bunu tanımasını istəyiriksə, ilk növbədə özümüz tanımalıyıq. Gəlmişəm deməyə ki, gələcəyimizi qurmağın yeganə yolu budur”.
O, hazırda heç bir razılaşmanın, heç bir qərarın olmadığını deyib.
Paşinyan Ermənistanın legitim olaraq özünə məxsus olanı tələb etmək istədiyi halda, legitim olaraq ona məxsus olmayandan əl çəkməli olduğunu deyib.
O, Azərbaycanın ilk növbədə 4 anklav olmayan kəndi ilə bağlı məsələni qaldırdığını deyib. Hələlik söhbət 4 qeyri-anklav kəndindən gedir.
“Azərbaycan dörd qeyri-anklav kənd ilə bağlı məsələ qaldırır”, - deyən Paşinyan bu məsələnin həlli yollarını axtardıqlarını qeyd edib: “Azərbaycan belə arqumentdən istifadə edir ki, Ermənistanda heç bir yaşayış məntəqəsinin faktiki ərazisi Azərbaycanın nəzarəti altında deyil, yəni heç bir kəndin yaşayış ərazisi Azərbaycanın nəzarəti altında deyil. Onlar deyirlər ki, gəlin əvvəl məskunlaşmış yerləri azad edək, sonra kəndlərin həyati əhəmiyyət kəsb edən ərazilərindən danışaq. Biz təbii ki, etiraz edirik və deyirik ki, kənd təkcə kənd soveti deyil, həm də onun həyati əhəmiyyətli ərazisidir.
Paşinyanın Ermənistanın müharibəyə imkan verməməli olduğunu diqqətə çatdırıb: “Siyasətimiz ondan ibarətdir ki, biz müharibəyə imkan verməməliyik, müharibənin başlamasına imkan verməməliyik. Və həm də bu səbəbdən biz Ermənistan Respublikasının bu ərazilərdə sərhədini dəqiqləşdirmək qərarına gəldik və bunu təkcə Ermənistan Respublikası naminə deyil, həm də konkret olaraq Voskepar (Əskipara) kəndi üçün, Kirants (Güney) kəndi, bu kəndlərin təhlükəsizliyini təmin etmək üçün edirik”.
Paşinyan sakinləri ilə görüşündə yenidən müharibənin baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib: "Ermənistan tərəfi Azərbaycanla delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina etsə, həftənin sonuna qədər yeni müharibə ola bilər. Mən bu müharibənin sonunda nə olacağını bilirəm. Sonra Respublika meydanında qarşılaşanda deyəcəksiniz: "Yaxşı, biz adi kəndlilərik, bizim məlumatımız yox idi, amma, axı siz hər şeyi bilirdiniz".
Sonra Baş nazir sakinlərin delimitasiya və demarkasiya, infrastruktur, mümkün problemlər və onların həlli yolları ilə bağlı çoxsaylı suallarını cavablandırıb. Voskepar (Əskipara) və Kirants (Güney) yaşayış məntəqələrinin nümayəndələrinin mütəmadi olaraq sərhədlərin delimitasiyası və təhlükəsizliyi komissiyasının üzvləri ilə görüşərək proses haqqında məlumat mübadiləsi və mövcud məsələlərin müzakirəsi barədə razılıq əldə olunub./azpolitika.info
***11:35
“Biz görürük ki, Bağanisdən Berkaberə qədər olan hissədə Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün real imkan var”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tavuş vilayətindəki kəndlərin sakinləri ilə görüşündə deyib.
Paşinyan Azərbaycanın qaldırdığı məsələlərdən və Ermənistan hökumətininj buna münasibətindən danışıb.
“Azərbaycan dörd qeyri-anklav kənd ilə bağlı məsələ qaldırır”, - deyən Paşinyan bu məsələnin həlli yollarını axtardıqlarını qeyd edib: “Azərbaycan belə arqumentdən istifadə edir ki, Ermənistanda heç bir yaşayış məntəqəsinin faktiki ərazisi Azərbaycanın nəzarəti altında deyil, yəni heç bir kəndin yaşayış ərazisi Azərbaycanın nəzarəti altında deyil. Onlar deyirlər ki, gəlin əvvəl məskunlaşmış yerləri azad edək, sonra kəndlərin həyati əhəmiyyət kəsb edən ərazilərindən danışaq. Biz təbii ki, etiraz edirik və deyirik ki, kənd təkcə kənd soveti deyil, həm də onun həyati əhəmiyyətli ərazisidir.
Bizim siyasətimiz ondan ibarətdir ki, biz müharibəyə imkan verməməliyik. Ona görə də biz qərara gəldik ki, bu ərazidə Ermənistan sərhədini tənzimləməliyik. Biz bunu təkcə Ermənistan naminə deyil, həm də konkret olaraq Voskepar və Kirants kəndləri üçün, bu kəndlərin təhlükəsizliyini təmin etmək üçün edirik”./azpolitika.info