Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsinin baş verdiyi andan qısa müddət ərzində hadisə yerinə gələn polis əməkdaşlarının gördüyü çevik tədbirlər nəticəsində digər sürücülərin təhlükəsizliyi təmin edilib, qəzada iştirak edən nəqliyyat vasitələrinin yoldan kənarlaşdırılması işləri görülərək, yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
***16:21
Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.
"Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür",- deyə əlavə edilib.