Narkotik istifadəçiləri haqqında belə bir fikir hökm sürür ki, onlar bunu həzzin ən yüksək mərtəbəsinə çatmaq üçün edirlər. Lakin opioid asılılığı olan bir çox insan narkotikdən birinci istifadədən sonra daha çox “lomka” simptomlarının qarşısını almaq üçün istifadə edir, fəqət az da olsa ilk dəfəki həzzin axtarışında olur.
Sintetik opioid - fentanil heroinin yerini zəbt etməyə və onu əvəzləməyə başlayandan, dozaya nəzarət etmək çətinləşib. Küçədən alınan istənilən “narkotik paketi"nin təmizliyi naməlumdur. Narkotikdən yüksək ölüm statistikasında fentanil ən güclülərdəndirir. Amma narkotik bazarına indi daha bir alət daxil olub ki, bu da "heroin turbkası" adlanır. Heroin trubkası hazırda "dünya praktikası"nda asılıların daha çox tərcih etdiyi variantdır. İstifadəçilərin fikrincə, "heroin trubkası mədəni iynə kimi narahat etmir. Bunu istifadə edəndə asılı özünü xəstəhal hiss etmir. Hətta belə bir rəy var ki, bu məhsul iynədən imtina etmək imkanı verə bilər.
Narkotik istifadəçiləri naloksonun yayılmasında ön cərgədə yer alırlar və misal üçün, Kanadadakı istifadəçi qruplar təmiz narkotikləri kütləvi şəkildə əldə etmək üçün "alqı-satqı klubları" təşkil edirlər.
2018-ci ildən Portuqaliyada bir çox gənc heroin istifadəçiləri iynələri sınamaqdansa narkotiki folqa ilə çəkirlər. Kristal metamfetamin və krek kokainini nəfəsinə çəkmək üçün xüsusi olaraq hazırlanmış kiçik şüşə borular uzun illərdir ki, var. Birinci şüşə boru düz formadadır, ikincisinin isə bir ucunda qabarcıqları var. PHRA heroin borusu toz halında "ağ çin narkotiki" - fentanili ilə işləyə bilər, lakin o, "qara qatran" adlanan qatı konsistensiyaya malik Vaşinqton ştatının heroini üçün nəzərdə tutulub. Uzun borunun sonunda ona birləşən qısa boru var və onun da dibinə narkotik doldurulur, aşağıdan alışqanla yandırılır.
Narkotiklərin vurulduğu şprislər daha çox infeksiya riski daşıyırlar. İynələr bədən mayelərinə təsir etdiyi üçün hepatit C və HİV/QİÇS kimi xəstəlikləri, həmçinin abses və sellülitə səbəb ola biləcək bakterial infeksiyaları asanlıqla yayırlar. Borularla isə bu təhlükələr minimuma endirilir.
Amerikalıların yalnız kiçik bir hissəsi narkotik vurmaq üçün iynədən istifadə edir. Araşdırmalar göstərir ki, bunu edənlərin sağlamlıq riski daha yüksəkdir. ABŞ hökumətinin Psixoaktiv Maddələrdən Sui-istifadə və Psixi Sağlamlıq Xidmətləri Administrasiyasının (SAMHSA) məlumatına görə, 2018-ci ildə təxminən 4,48 milyon insan həyatı boyu narkotik vasitələrin yeridilməsi üçün iynədən istifadə edib ki, bu da əvvəlki illə müqayisədə 4,44 milyondan bir qədər çoxdur. Həmin 4,48 milyon insandan 2018-ci ildə təxminən 2,36 milyonu heroin iyunə ilə qəbul edib. Bu arada, təqribən 2,12 milyon insan heroin çəkib.
Heroin trubkasına narkotik istifadəçilərinin üç geniş kateqoriyası üz tutur. Birincisi qrup heç vaxt inyeksion narkotik qəbul etməyən yeni opioid istifadəçiləridir. Onlar ümid edirlər ki, heroin trubkası onları iynə vurmaqdan çəkinməsini artıracaq və ya ilk növbədə inyeksiyadan qoruyacaq.
İkinci qrup yaşlı narkotik istifadəçiləridir, hansı ki, onlar uzun müddət narkotikdən istifadə edir və buna görə səhhətində problemlər yarana bilər. Üçüncü qrup, inyeksiya yolu ilə narkotik qəbul edən və narkotik maddələrdən istifadəni azaltmaq üçün bir addım atmaq istəyən insanlardır.
Stopnarkotik.az