"Heç kimi qorxutmaq istəmirəm, amma müharibə realdır" - POLŞA BAŞ NAZİRİ

"1945-ci ildən bəri ilk dəfədir ki, Avropada müharibə yenidən real olur: biz hazırda "müharibə öncəsi dövrə gedirik".

Bunu Polşanın Baş naziri Donald Tusk bu vəzifəyə seçildikdən sonra beynəlxalq mediaya ilk müsahibəsində deyib.

Polşa Baş naziri Rusiyadan artmaqda olan təhdidlərdən narahatlığını bildirib.

"Müharibə artıq keçmişin anlayışı deyil, hər bir ssenarinin mümkündür və biz yeni dövrün gəlişinə zehni olaraq öyrəşməliyik, yəni müharibə qabağı dövrə. Mən şişirtmirəm. Bu, gündən-günə daha çox nəzərə çarpır. Bu səbəbdən Avropa müdafiə sahəsinə daha çox sərmayə qoymalı olacaq, lakin indi prioritet Ukrayna üçün texnika və sursat almaq üçün mümkün qədər çox xərcləməkdir, çünki biz İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən kritik anı yaşayırıq və əgər Ukrayna uduzsa, Avropada heç kim özünü təhlükəsiz hiss edə bilməyəcək", - Polşanın hökumət başçısı bildirib.

Baş nazir Tusk etiraf edib ki, o, müharibənin mümkünlüyü barədə sualı "hər yerdə eşidir. Bu, dövlət rəhbərləri arasında yayılır".

"Heç kəsi qorxutmaq istəmirəm lakin müharibə artıq keçmişdən gələn bir anlayış deyil. Bu, realdır, əslində bu, iki ildən çoxdur ki, başlayıb, - deyə o, Rusiya ilə Ukrayna arasında müharibənin başlanmasına toxunaraq əlavə edib.

Polşa Baş nazirinə müsahibə zamanı Rusiyanın qanadlı raketinin Polşanın hava məkanını pozması ilə bağlı da sual verilib.
"Avropanın bizə aid hissəsində müharibə artıq abstrakt deyil - bizim vəzifəmiz müzakirə etmək deyil, hərəkətə keçmək və müdafiəyə hazırlaşmaqdır. Biz hazır olmalıyıq", - Donald Tusk vurğulayıb.

Avropanın yeni dövrə hazır olması kontekstində Baş nazir deyib ki, "bu istiqamətdə görüləcək hələ çox iş var, amma xoşbəxtlikdən, Avropa düşüncəsinə gəldikdə artıq əsl inqilabı görmək olur".

Donald Tusk xatırladıb ki, o, 2007-2014-cü illərdə Baş nazir olarkən "Rusiya təhlükəsi ilə bağlı onun xəbərdarlıqlarına Baltikyanı ölkələrdən başqa heç kim əhəmiyyət verməyib"./apa