Hədə-qorxu ilə bir nəfərin 800 manatını alan keçmiş məhkum ələ keçdi - ÜZƏRİNDƏN NARKOTİK ÇIXDI

Bakı sakini olan bir nəfər şəxsdən hədə-qorxu gəlməklə 800 manat pul tələb olunması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən, əvvəllər məhkum olunmuş N.Misirov saxlanılıb. Ondan metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.

Nizami rayon Polis İdarəsində araşdırma aparılır.