Həbsxanada DƏHŞƏT: 160-dan çox qadına təcavüz edib, diri-diri YANDIRDILAR

Konqo Demokratik Respublikasında Qoma şəhərindəki həbsxanadan qaçan kişilər 160-dan çox qadın məhbusu təcavüz edib, sonra isə onları diri-diri yandırıblar.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Nəşr BMT-nin daxili sənədinə istinadən yazır ki, insident ilkin olaraq yanvarın 27-də Ruanda tərəfindən dəstəklənən M23 qrupunun üsyançıları şəhəri ələ keçirdikdən sonra baş verib.

Məlumatda bildirilir ki, əksəriyyəti kişi olmaqla 4000-ə yaxın məhbus həbsxanadan qaçıb.

BMT-nin Qoma şəhərindəki sülhməramlı missiyasının müavini Vivian van de Perre bildirib ki, qaçan məhbuslar qadınların olduğu bölməyə hücum ediblər və sonra həbsxananı yandırıblar. Zərər çəkən qadınların əksəriyyəti həyatını itirib.

BMT-nin qiymətləndirməsinə görə, 165-167 qadın hücuma məruz qalıb. İnternetdə qaçan məhbusların Munzenze şəhərində tüstü ilə dolmuş həbsxana binasının fonunda görüntüləri yayılıb.

2025-ci ilin yanvarının sonunda hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər gərginləşib, 2 mindən çox insan ölüb. BMT isə 900 nəfərin öldüyünü bildirir./Musavat.com