Həbsdə olan şəxslərə qadağan olunmuş əşyalar ötürməkdə ittiham olunan çavuşun məhkəməsi başlayır

Naxçıvanda qarışıq rejimli Cəzaçəkmə müəssisəsinin rejim nəzarət şöbəsinin nəzarətçisi ədliyyə çavuşu C. Qurbanova tərəfindən cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyaların verilməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, cinayət işi baxılması üçün müvafiq məhkəməyə göndərilib.

Fakta bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda C. Qurbanovaya Cinayət Məcəlləsinin 317-1.2-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə verilməsi və ya ötürülməsi) maddəsi ilə, həmin Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar G. Süleymanova, G. Nuriyeva və N. Nağıyevaya isə Azərbaycan Respublikası CM-in 317-2.2-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - Eyni əməllər təkrar törədildikdə) maddəsi ilə ittiham elan olunmaqla cinayət işi baxılması üçün aidiyyatı məhkəməyə göndərilib.

İstintaq zamanı C. Qurbanovanın qulluq mövqeyindən istifadə edərək qeyd olunan müəssisədə cəza çəkən qadın məhkumlardan bir neçəsi üçün cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qadağan olunmuş müxtəlif əşyaları yoxlamadan gizlədərək özünə məxsus çantada müəsissəsinin daxilinə keçirərək, həmin məhkumlara verməsi sübut olunub.