Sabunçu Rayon Məhkəməsində istintaq təcridxanalarında telefon saxlamaqda təqsirləndirilən Qiyas Səfrovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 11 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Qiyas Səfrov Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılarkən “Realme” markalı telefonu istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək özündə saxlayıb. O, 2023-ü illərdə vatsap vasitəsi ilə zənglər edərək qohumu və atası ilə əlaqə saxlayıb və kamerada həbsdə saxlanılan digər məhkumların videoyazısını edib. Müəssisə əməkdaşları tərəfindən keçirilən axtarış-baxış zamanı saxlanıldığı kameranın yatdığı çarpayının üstündə olan döşəyin altında telefon aşkar edilərək götürülüb.
Qeyd: Qiyas Səfrov 2021-ci ildə narkotik ittihamında təqsirli bilinib və Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.