Hindistanın "IndiGo" aviaşirkətinə məxsus Dehli-Şrinagar reysi ilə hərəkət edən sərnişin təyyarəsi güclü turbulentlik və iri dolu səbəbi ilə çətin anlar yaşayıb.
Stopnarkotik.az xəbər verir ki, hadisə təyyarə təyinat hava limanına yaxınlaşarkən baş verib.
Enişdən sonra aparılan yoxlamalar zamanı məlum olub ki, dolu səbəbindən təyyarənin burun hissəsində ciddi zədələnmə - deşik yaranıb.
Hadisə nəticəsində sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan olmayıb.