Hava limanında saxlanılan aktrisanın üzərindən 0,38 qram narkotik yağı çıxdı

Aktrisa Aqlaya Tarasova Domodedovo hava limanında narkotiklə saxlanılıb.

İlkin olaraq, o, İsraildən tərkibində həşiş yağı olan electron siqaretlə gəlib. Tarasovaya qarşı narkotik qaçaqmalçılığı maddəsi ilə iş açılıb. “Baza” Teleqram kanalı bildirib ki, bu gün Domodedovo Məhkəməsində onun barəsində həbs-qətimkan tədbiri seçilməlidir.

Tarasova aktrisa Kseniya Rappoportun qızıdır. Fiqurlu konkisürən Nadejda Lapşinanın baş rolunu oynadığı "Buz" filmindən sonra o, geniş tanınıb. Roluna görə Aqlaya "Qızıl Qartal" mükafatını aldı. Aqlaya Tarasovanın saxlandığı həşiş yağının çəkisi 0,38 qram olub.

Aktrisaya qarşı açılan narkotik qaçaqmalçılığı maddəsi ilə onu 7 ilə qədər həbs cəzası gözləyə bilər.

Stopnarkotik.az