Hava imanında iki narkokuryer tutuldu

Tiflis hava limanında Avropadan ölkəyə sintetik narkotik partiyası keçirən iki nəfər saxlanılıb. Stopnarkotik.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi açıqlayıb.

Təqsirləndirilən şəxslərin 53 yaşı var, hər ikisi əvvəllər məhkum olunublar. Polis kişilərin üzərində Subotex tapıb. Onlardan biri narkotiki çantada gizlədib, digəri isə bədənində 336 həb daşıyıb.

İstintaq davam edir. Saxlanılanları 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. 

Stopnarkotik.az