İyulun 12-15-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-39 dərəcə isti olacaq.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sözügedən tarixlərdə havanın temperaturu Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 35-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda isə 27-32 dərəcə isti olacağı gözlənilir.