Gürcüstanda əhalinin 2%-dən çoxu inyeksiya edən narkotik istifadəçisidir.
Stopnarkotik.az xəbər verir ki, bu barədə gürcü narkoloq David Otiaşvili bildirib.
"Bu gün söhbət 49 min inyeksiya edən narkotik istifadəçisindən gedir ki, bu da yetkin əhalinin 2%-dən bir qədər çoxdur. Bu kifayət qədər yüksək rəqəmdir. Bununla belə əvəzedici terapiya sayəsində narkotik istifadəçilərinin sayı xeyli azalıb", deyə o, əlavə edib.
Xatırladaq ki, iyun ayında Gürcüstan hökuməti özəl qurumlar tərəfindən əvəzedici terapiya proqramlarını tamamilə qadağan etmək və reseptlərə ciddi nəzarət tətbiq etmək qərarına gəlib.
Stopnarkotik.az