Əhali içki və siqaretə nə qədər pul xərcləyib? - STATİSTİKA

2023-cü ilin ilk dörd ayında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 815,7 milyon manatlıq içki və tütün məmulatları satılıb.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında alıcılar pərakəndə ticarət şəbəkələrində ərzaq məhsullarına 8 milyard 643 milyon manat, avtomobil benzini və dizel yanacağına 927,1 milyon manat, əczaçılıq məhsulları və tibbi ləvazimatlara isə 399,5 milyon manat vəsait xərcləyiblər.

Qeyd edək ki, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 404,7 manatlıq, o cümlədən 233,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 171,4 manatlıq qeyri-ərzaq malları alıb.