"Prana" haker şəbəkəsi Şahid-136 hücum dronlarının istehsalı və dəyəri barədə məlumat yayıb.
Stopnarkotik.az milli.az-a istinadən xəbər verir ki, SEPAH İran və Rusiya arasında qanunsuz silah satışını təşviq edən "Tander Sahra" adlı minaatan istehsalı şirkəti idarə edir.
Bir qrup təcrübəli haker fərdi pilotsuz uçan aparatın istehsal dəyəri, eləcə də İranı idarə edən islam rejiminin "Şahid-136" pilotsuz təyyarəsinin Rusiyaya satışından əldə etdiyi gəlirin daxili sənədlərini dərc etməyə nail olub.
Sənədlər göstərir ki, dron istehsalı 375 min dollara başa gəlir. Danışıqlar zamanı razılıq əldə olunub ki, Rusiya 6 min ədəd sifariş verərsə hər pilotsuz təyyarə cəmi 193 min dollar, 2 min ədəd sifariş verərsə, qiymət 290 min dollar olacaq.
Ümumilikdə İslam Respublikası Rusiyaya şahid pilotsuz uçan aparatlarının satışından 1,8 milyard dollar qazanıb. Ödənişlərin ən azı bir hissəsi qızılın verilməsi yolu ilə həyata keçirilib.