Hacıqabulda gənc oğlanın asılmış meyiti tapıldı

Hacıqabul rayonunun Ağacanlı kəndində intihar hadisəsi baş verib.

Stopnarkotik.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayon sakini 2000-ci il təvəllüdlü Şərəfxan Ələkbərov həyatına qəsd edib.

Onun meyiti kənddəki meşə zolağında ağacdan asılı vəziyyətdə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.