Hacıqabulda bıçaqlanma olub.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə Hacıqabulun Atbulaq kəndində qeydə alınıb. Atbulaq kənd sakini, 1989-cu il təvəllüdlü Muradov Ramil Muradulla oğlu mübahisə zəminində Xəyyan adlı şəxs tərəfinfən bıçaqlanıb. R. Muradov bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.
Məlumata görə, hadisəyə R.Muradovun qardaşının bir neçə şəxs tərəfindən döyülməsi səbəb olub. Bunu aydınlaşdırmaq istəyən R.Muradova bıçaqla xəsarət yetirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.