12 Oct, 2024 - 17:13 Hacıqabulda 200-ə yaxın evi su basdı Hacıqabul şəhərinə aramsız yağan yağışlar fəsadlara səbəb olub. APA-nın yerli bürosu xəbər verir ki, nəticədə 200-ə yaxın evi su basıb. Rayon ərazisindən keçən dəmir yolu xəttinə zərər dəyib. Hazırda qatarların hərəkətində fasilə yaranıb.