Rusiyanın Çelyabinsk vilayətinin Nijni Ufaley şəhərində gürzə ilanı onu telefonla lentə almaq istəyən uşağa hücum edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Verxneufaleysk Şəhər Dairəsi Administrasiyasının Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, uşaq günəşin altında uzanan ilanı görüb və yaxınlaşaraq onu telefona çəkməyə başlayıb. Bu zaman gürzə dərhal reaksiya verib və uşağın barmağını dişləyib. Telefon uşağın əlindən yerə düşüb. İlan isə kolluqların arasında sürünərək gözdən itib.
Uşaq təcili olaraq xəstəxanaya yerləşdirilib.