Azərbaycan və Gürcüstan sərhədində dövlət sərhədini pozmağa cəhd göstərən 3 şərti sərhəd pozucusu zərərsizləşdirilib.
Stopnarkotik.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Diviziyasında Gürcüstan istiqamətindən sərhədi pozmağa cəhd göstərən 3 sərhəd pozucusu sərhədçilər tərəfindən zərərsizləşdirilib.
DSX-nin Sərhəd Qoşunları Komandanı general-leytenant Araz Məmmədov deyib ki, Gürcüstan sərhədində yerləşən Babəkar zastavasında şərti sərhəd pozucusunun saxlanması əməliyyatı keçirilib.
Məlumata görə, ərazidə quraşdırılan kameralar vasitəsi ilə 20 km-lik ərazini müşahidə etmək mümkündür. Qeyd olunub ki, sərhəd pozucuları aşkar olunduqdan sonra zastavaya məlumat verilir və onların zərərsizləşdirilməsi istiqamətində işlər görülür.