Gürcüstandan 25 əcnəbi qovuldu – Aralarında Azərbaycan vətəndaşları da var

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşları da daxil olmaqla 25 əcnəbini deportasiya ediblər.

Stopnarkotik.az xəbər verir ki, bu barədə departamentin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, son günlər keçirilən tədbirlər nəticəsində Gürcüstandan Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, İran, Nigeriya, Çin, Pakistan, Rusiya və Türkiyə vətəndaşları deportasiya edilib. Deportasiya edilmiş şəxslərin yenidən respublikaya gəlməsi qadağandır.

Gürcüstan son vaxtlar qeyri-qanuni miqrantlara qarşı fəal mübarizə aparır. Ölkə parlamenti miqrasiya qanunvericiliyini sərtləşdirib, deportasiya prosedurlarını sadələşdirib, həmçinin miqrantların axtarışını həyata keçirib. Gürcüstan Daxili İşlər Nazirliyi hər ay onlarla xarici vətəndaşın ölkədən çıxarılması barədə məlumat verir.