Gürcüstanda iki mərhələdə ali təhsil islahatı aparılacaq. Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze açıqlama verib.
Kobaxidze bildirib ki, ali təhsil islahatında birinci mərhələ gələn ilin sentyabr ayına qədər, ikinci mərhələ isə növbəti dörd-beş il ərzində davam edəcək.
Birinci mərhələ qanunvericiliyin yenilənməsini və əmək bazarının təhlilinin tamamlanmasını əhatə edəcək.
İkinci mərhələdə nəzərdə tutulan dəyişikliklərə gəldikdə, Kobaxidze bildirib ki, yeni infrastrukturun yaradılması dörd il ərzində tam mümkündür ki, bu da ən çox əmək tələb edən və vaxt aparan işdir.
"Biz Tbilisi ilə Rustavi arasında, eləcə də Kutaisidə yeni infrastruktur yaratmaq istəyirik və inanırıq ki, bu infrastruktur dörd ilə, maksimum beş ilə tikilə bilər. Həmçinin, kadr siyasətinin tam təkmilləşdirilməsi, indi başlayacaq, lakin düşünürük ki, bu, dörd il ərzində başa çatdırıla bilər. 3+1+1 sisteminə tam keçid (bakalavr dərəcəsi üçün 3 il, peşəkar ixtisaslaşma üçün 1 il, magistr dərəcəsi üçün 1 il) də dörd il çəkəcək, baxmayaraq ki, biz sistemi daha tez dəyişdirməyə başlayacağıq", - Kobaxidze bildirib.
Stopnarkotik.az