Gürcüstanda sintetik narkotiklərin dozaları dəyişdirildi - NARKOTİK İSTEHLAKI VƏ QANUNSUZ DÖVRİYYƏ ARTIR

Gürcüstanda sintetik narkotiklərin dozaları dəyişdirilib. Parlament “Narkotik vasitələri, psixotrop maddələri, prekursorları və narkotik vasitələrin müalicəsi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Stopnarkotik.az xəbər verir ki, yeni doza ölçüləri GHB və dimetiltriptamin, alfa-PVP, benzpiperazin, MDPV, ab-pinak və mefedron kimi dərmanlara təsir edəcək.

Haqqında söhbət gedən layihənin Gürcüstanın hakim partiyasından olan təşəbbüskarları bildiriblər ki, ölkədə narkotik maddələrin istehlakının və qanunsuz dövriyyəsinin artması səbəbindən tədbirlər sərtləşdirilməli olub.

“Narkoitk vasitələr, psixotrop maddələr, prekursorlar və narkoloji yardım” haqda qanun qadağan olunmuş maddələrin siyahısını və onların dozasını üç kateqoriyada müəyyən edir: şəxsi istifadə üçün kiçik doza, iri doza və xüsusi iri doza. Cinayət işlərinin açılmasında polis məhz bu bölgünü əsas görürür. Siyahıda narkotik hesab edilən və dövriyyəsinə xüsusi nəzarət olunan 272 preparat, 72 psixotrop maddə var.

Daxili İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, 2023-cü ildə 284 narkotik alverçisi saxlanılıbsa, 2020-ci ildə bu cinayətə görə saxlanılanların sayı cəmi 71 nəfər olub. Bununla yanaşı, 2023-cü ildə narkotiklərlə bağlı cinayətlərə görə başlanmış cinayət işlərinin sayı 6594 olduğuhalda, 2020-ci ildə onların sayı cəmi 3452 nəfər olub. Layihənin müəllifləri olan hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının deputatları səbəb kimi artan istehlakı və cəmiyyətdə bu maddələrin “klub” və “yüngül” narkotiklər kimi qəbul edildiyi, sağlamlığa zərər vermədiyi barədə yanlış rəyi əsas gətirib. Gürcüstanda narkotik vasitələrin satışı ciddi şəkildə tənzimlənir. Narkotik satışı müddətsiz həbs kimi ciddi cəzalandırılan cinayətlərdən biridir.

Eyni zamanda, hər bir narkotik növü üçün dozası fərdi olaraq müəyyən edilən şəxsi istehlaka görə narkotik vasitələrin saxlanması yalnız cərimə ilə cəzalandırılır. Şəxsi saxlama üçün nəzərdə tutulmuş dozadan artıq dozaya sahib olmaq artıq cinayət sayılır və ən azı 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Stopnarkotik.az