Gürcüstanda Türkiyəyə məxsus C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədəki bütün heyət üzvləri həlak olub.
Bu barədə AnewZ müxbiri Gürcüstanın Azərbaycanla sərhəd yaxınlığındakı Siqnaqi bələdiyyəsində faciənin baş verdiyi yerdən məlumat verib.
Hesabatda təsdiqlənmiş məlumata görə, təyyarədə olan 20 nəfərin hamısının həlak olduğu bildirilir.
Stopnarkotik.az

