Gürcüstanda qanunsuz sahibkarlıqla məşğul olan Azərbaycan vətəndaşı saxlanıldı - FOTOLAR

Gürcüstanda qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktı üzrə bir nəfər F.Q. adlı Azərbaycan və iki nəfər Belarus vətəndaşı saxlanılıb.

Stopnarkotik.az "teleqraf"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi səmərə əldə etmək məqsədilə Gürcüstan Milli Bankında məcburi qeydiyyata alınmadan Tbilisi və Batumi şəhərlərində yerləşən obyektlərdən müxtəlif konvertasiya olunan virtual aktivləri dəyişdiriblər, nəticədə konvertasiya edilmiş aktivdən komissiya şəklində külli miqdarda gəlir əldə ediblər.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 246 975 ABŞ dolları, 103 210 lari, 1 705 avro və müxtəlif xarici valyutalar nağd şəkildə müsadirə edilib.

Faktla bağlı istintaq davam etdirilir. Törədilmiş cinayət əməlinə görə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

“Qeyd olunan cinayətdə, vergidən yayınmada və qeyri-qanuni gəlirlərin leqallaşdırılmasında əli olan digər şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”, - İstintaq Xidmətinin məlumatında deyilir.

Image 4 of 7

Image 5 of 7Image 6 of 7Image 1 of 7