Gürcüstanda özəl şirkətlərə metadon proqramını həyata keçirmək qadağası gəldi

Gürcüstanda özəl şirkətlərə metadon proqramını həyata keçirmək qadağan olunacaq. Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

"Dövlət əvəzedici terapiya proqramlarının həyata keçirilməsinə nəzarət gücləndiriləcək. Hər bir xidmətin xəstənin mümkün qədər tez sağalmasına xidmət etməsi və bədnam leqal narkomaniyanı təşviq etmək üçün sui-istifadə edilməməsi ciddi şəkildə təmin ediləcək", deyə İrakli Kobaxidze bildirib.

Metadon əvəzedici terapiya proqramı "narkomaniya" diaqnozu təsdiqlənmiş tibbi diaqnozu olan 21 yaşdan yuxarı şəxslər üçün açıqdır. Proqram Tbilisi, Telavi, Ozurqeti, Poti, Kutaisi, Zestafoni, Saçxere, Zuqdidi, Qori, Borjomi, Kobuleti və Batumidə mövcuddur. 

Stopnarkotik.az