Gürcüstanda “oğru dünyası” ilə əlaqəsi olan 13 nəfər saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, saxlanılanların hamısı müxtəlif cinayət əməllərində, o cümlədən vətəndaşlar arasında yaranan maliyyə və digər mübahisələrin “oğru qaydaları”na uyğun həllində fəal iştirak ediblər.
Axtarışlar nəticəsində polis onlardan odlu silah, döyüş sursatı, narkotik vasitə və ləvazimatları götürüb.
Saxlanılanları 10 ilə qədər həbs gözləyir.