Gürcüstanda narkotiklə mübarizə məqsədilə yeni qanun layihəsi qəbul edildi

Ölkədə 5 qramdan çox marixuana saxlayan şəxslər həbslə üzləşəcək.

Gürcüstan Parlamentində narkotiklə əlaqədar yeni qanun layihəsi birinci oxunuşda dəstəklənib. Layihəyə əsasən, marixuana və çətənənin qanunsuz dövriyyəsinə görə cəzalar sərtləşdirilir.

Stopnarkotik.az xəbər verir ki, qanun layihəsinin əsas məqamları bunlardır:

İnzibati məsuliyyət:

10 qrama qədər çətənə və 5 qrama qədər qurudulmuş marixuananın alınması, saxlanması, daşınması və ya göndərilməsi inzibati qaydada cəzalandırılır.

Eyni hərəkət təkrar edildikdə artıq cinayət məsuliyyəti tətbiq olunacaq (cərimə və ya azadlıqdan məhrumetmə).

Cinayət məsuliyyəti: 

10–155 qram çətənə və ya 5–70 qram qurudulmuş marixuana saxlamağa görə 6 ilədək azadlıqdan məhrumetmə;

155–750 qram çətənə və ya 70–250 qram qurudulmuş marixuanın saxlamağa görə 5 ildən 8 ilədək həbs;

750 qramdan çox çətənə və ya 250 qramdan çox qurudulmuş marixuana saxlamağa görə isə 8 ildən 20 ilədək və ya ömürlük həbs nəzərdə tutuub. 

Bundan başqa İnzibati cəzalar sərtləşir:

Belə ki, əvvəllər marixuana saxlamağa görə tətbiq edilən 500 lariyə qədər cərimə indi 500–5000 lari arasında olacaq.

Həbs cəzasının maksimum müddəti 15 gündən 60 günədək artırılıb.

Yeni qanun layihəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə daha sərt yanaşmanı nəzərdə tutur.

Stopnarkotik.az