Gürcüstanda keçirilən xüsusi əməliyyat zamanı 34 narkotik alverçisi saxlanılıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi xəbər verir.
Stopnarkotik.az xəbər verir ki, qurumun məlumatına görə, xüsusi əməliyyat ölkə miqyasında həyata keçirilib. Saxlanılan şəxslər, o cümlədən əcnəbilər mobil proqramlar və sosial şəbəkələr vasitəsilə narkotik vasitələri satdıqdan sonra zibilliklər qoyaraq, gecə klublarında və əyləncə məkanlarında narkotik satmağı planlaşdırıblar.
Saxlanılan şəxslərin mənzillərinə baxış zamanı müxtəlif növ narkotik vasitələr, o cümlədən heroin, kokain, suboksin, metadon və alfa-PVP, silah-sursat aşkar edilib. Bütün müttəhimləri 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir.
Stopnarkotik.az