Gürcüstanda narkotacirlər saxlanıldı - onları 20 ilə qədər həbs gözləyir

Gürcüstan Daxili İşlər Nazirliyi ölkənin regionlarında keçirdiyi xüsusi əməliyyat çərçivəsində narkotik cinayətlərində ittiham olunan 22 nəfəri saxlayıb.
Stopnarkotik.az xəbər verir ki, saxlanılanlar arasında əcnəbilər də daxil olmaqla 19 narkotik alverçisi var.

Polis bir neçə dəfə  həmin alverçilərlə bağlı dəlil-sübut toplamaqdan ötrü onlarla narkotik alış-verişi edib və hər şeyi audio - videoya yazıb. Həbs olunanları 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir. 

Stopnarkotik.az