Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatları hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ilə əlaqədar etirazlarını davam etdirir.
Stopnarkotik.az xəbər verir ki, etirazçılar yeddi gündür parlament binası qarşısında genişmiqyaslı etiraz aksiyası keçirir.
Aksiya ilə əlaqədar parlament binasının ətrafında və daxilində təhlükəsizlik tədbirləri gücləndirilib.