Gürcüstanda deputatlar arasında dava düşdü - VİDEO

Gürcüstan parlamentində “xarici agentlər haqqında qanun”un nəzərdən keçirilməsi zamanı qalmaqal yaşanıb.

Parlamentdə çoxluqdan və müxalifətdən olan deputatlar arasında mübahisə düşüb.

Müxalif “Vahid Milli Hərəkat”ın deputatları hakimiyyəti xüsusi təyinatlıların iştirakı ilə baş vermiş və nəticədə partiyanın lideri Levan Xabeişvilinin xəsarət almasına səbəb olmuş insidentdə ittiham ediblər. Bundan sonra vəziyyət daha da gərginləşib.

Qeyd edək ki, parlamentdə hazırda vəziyyət gərgin olaraq qalır. Müxalifətçilər Tamar Çarkviani və Salome Samadaşvili zaldan qovulublar.