Gürcüstan parlamentinin deputatları məhbuslara kütləvi amnistiya haqqında qanuna üçüncü və sonuncu oxunuşda səs veriblər.
Bu barədə TASS xəbər verir.
Qanunun lehinə 84 deputat səs verib. Həmin sənəd imzalanmaq üçün ölkə prezidenti Salome Zurabişviliyə göndəriləcək.
Qeyd edək ki, daha əvvəl hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası qanun layihəsi irəli sürmüşdü ki, bu, Gürcüstanda bütün məhkumların təxminən üçdə birinin ya cəzalarını çəkməkdən tamamilə azad edilməsini, ya da cəzalarının yarısı, dörddə biri və ya altıda biri qədər azaldılmasını nəzərdə tuturdu.
Partiyanın icraçı katibi Mamuka Mdinaradzenin izah etdiyi kimi, amnistiya 6000-ə yaxın məhbusu əhatə edəcək. Onlardan 1000-dən çoxu qanun qüvvəyə mindikdən sonra azadlığa buraxılacaq, qalanlarının cəzası azaldılacaq.
Amnistiya 2024-cü il iyulun 1-dək törədilmiş cinayət əməllərinə görə məhkum edilmiş şəxslərə şamil ediləcək. Bu, qatillərə, narkotik alverçilərinə və təcavüzçülərə, eləcə də ağır cinayətlər törətmiş şəxslərə şamil edilməyəcək.